Donmuş ət məhsullarının buzunun açılması texnologiyası
Donmuş məhsulların buzunun açılması texnologiyasını düzgün şərtlər altında həyata keçirilməsə, qida mikrobioloji çirklənməyə məruz qalacaq ki, buda qida zəhərlənmələri ilə nəticələnə bilər.
1).Qidanın buzu,içməli suda açılmalıdır.
2.Donmuş məhsulun buzunun açılması prosesi,axar suyun altında həyata keçirilir.
3).Buzun açılması prosesində,suyun istiliyi maximum +21° dərəcə olmalıdır.
4).Suda buzun açılması prosesi,2 saat ərzində tamamlanmalıdır.2 saat tamamında aparılan istilik ölçüsündə qidanın iç mərkəz istiliyi +0 ° dərəcədən +5° dərəcə arasında olmalıdır.
5).Suda buzu açılmış məhsul,həmən gün istehlak edilməlidir.
6).Buzu açılmış məhsul,təkrar dondurula bilməz.
7).Böyük parçaların (3 kq dan çox) buzunun suda açılması düzgün deyil . Donmuş məhsul, (ət,toyuq, balıq) dəlikli ləyəndə +4 soyuducuda çəkisindən asılı olaraq maksimum 72 saat müddətində buzu açılmalıdır.
8).Mikro dalğalı sobaya qoyulan,buzu açılmaqda olan məhsul ilə mikro dalğanın iç səthi arasında olan məsafə,istilik sirkulasiyası üçün ən az 5 sm olmalıdır.
9).Qəssabxanada + 15 ° dərəcə mühit istiliyi olarsa,hazırlıq maksimum 2 saat içərisində bitirilməlidir. Ət emalı prosesi etapla,yəni ətin hissə hissə soyuducudan çıxarılma şərti altında həyata keçirilməsi lazımdır.
Qida Məsələləri Üzrə Mütəxəssis / Ağa Salamov
