Sobada pendirli tərəvəz
Sobada tərəvəzli pəhriz yeməyi hər kəsin damaq dadına uyğunlaşdırılıb.
1.Kök – 0.300 qr
2.Kabaçki – 0.400 qr
3.Kartof – 0.300 qr
4.Yumurta – 4 əd
5.Ağ pendir – 0.150 qr
6.Şüyüd – 1 dəstə
7.Zirə üyüdülmüş – 0.001 qr
8.Duz , istiot zövqə görə
Hazırlanması
Kabaçki yuyulub rəndələnib duzlanır və sıxılıb suyu çıxarılıb bir qaba qoyulur.Kartof və Kök qaynadılıb bişirilir (yumşalanadək) və rəndələnib Kabaçkinin üstünə əlavə olunur,rəndələnmiş pendir,xırda doğranmış şüyüd də qarışığa əla olunur.Yumurtalar bir bir qarışığa əlavə olunub duzunu,istiotunu və zirəni də əlavə edib qarışdırırıq.Format dəmir qabın içinə kalqa (yağlı kağız) sərib qarışığı yayırıq 180°C dərəcə soba da 20 dəqiqə bişiririk
Not : Bir yumurtanın sarısını əlavə olaraq saxlayıb,kist vasitəsilə yeməyimizi sobaya qoymadan öncə üzərinə sürtürük.
Qida Məsələləri Üzrə Mütəxəssis / Ağa Salamov
