Misirlilərin vaz keçə bilmədikləri pis qoxulu “Fesih” balığı
Misirlilər, fesih adlanan mayalı və kəskin iyli balıq yeməyinə olduqca düşkündürlər. Yaxşı hazırlanmadığı təqdirdə, qida zəhərlənməsi və ölümə yol aça bilən bu ənənəvi yemək, bəs haradan qaynaqlanır?

Hər il Misir Səhiyyə Nazirliyi bir xəbərdarlıq yayır: “Fesihdən uzaq durun!” Bu ənənəvi üsullarla hazırlanan duzlu, pis iylin kefal balığından hazırlanan yeməyin tarixi min illərə söykənir.
Bu pis iyli balıq yeməyinin keçmişi, fironlar dövrünə qədər gedib çatır. Nil çayı hər yaz geri çəkilərkən çürüyən balıqlar ortaya çıxırmış. Misirlilər bu gün də ‘küləyi qoxlamaq’ adı ilə bilinən bahar bayramında ənənələrini qorumaq üçün fesik yeyirlər.Fəqət qahirəlilərin bir çoxu, digər bayramlar, xüsusi günlər və cümə namazından sonra da fesih və daha az mübahisə yaradan siyənək balığı ilə zəngin yeməklər yeyirlər.
Fesih hazırlamaq bir o qədər də çətin deyil.Kefal balığı əvvəlcə gündə qurudulur, sonra da taxta bir çəlləyin içində duzlu suda 45 gün saxlanılır. Duzu düzgün miqdarda istifadə etmək çox vacibdir. Belə ki, çiy balığı bişirən və çürüməsinin qarşısını alan bu duzdur. Duzun az olması, balıqların su üzərinə çıxmasına və çürüməsinə səbəb olur. Bu şəraitdə mikrobioloji çirklənməyə məruz qalan balıqlar yeyildikdə qıda zəhərlənməsi yaşanır. Ürəkbulanma, qusma kimi əlamətlərlə başlayan zəhərlənmə, iflic və ölümədə səbəb ola bilir.
Qida Məsələləri Üzrə Mütəxəssi / Ağa Salamov
