Mikrobu Kəşf Edən müsəlman Alim Ağşəmsəddin
Ağşəmsəddin :Doğum tarixi: 1389
Doğulduğu yer: Dəməşq, Suriya
Vəfat etdiyi tarix: 1459, Göynük, Türkiyə
Ad və soyadı: Muhammad Shams al-Din bin Hamzah
Dəfn olunduğu yer: Tomb of Hazrat Akshemseddin Göynük,Türkiyə
Kitabları: Maddetü’l-Hayat Makamât-ı Evliyâ, Hall-i Müşkilât” ,”Risalet-ün nuriyye” və.s

1389-cu ildə Şeyx Həmzənin oğlu olaraq Şamda anadan olmuşdur.Şeyx Həmzə ailəsi ilə bərabər gəldiyi Amasiyada balaca Şəmsəddini çox yaxşı böyütdü. Ağşəmsəddin həmdə Xəlifə Əbu Bəkrin nəslindəndir.İlk təhsilini atasından alan Ağşəmsəddin,7 yaşında Hafız idi və ailəsi tərəfindən Çorum-Osmancık’ın Sarpın kavak kəndində məskunlaşdı. Atasının ölümündən sonra Amasya və Osmancık mədrəsələrində təhsilini başa vurduqdan sonra,alimlik dərəcəsi aldı daha sonra isə Osmancık Mədrəsəsində elmi işçi kimi fəaliyyət göstərdi .Ağşəmsəddin tibb və əczaçılıqla maraqlanaraq tibb elmini də dərindən öyrəndi.
Ağşəmsəddin elmdə və mistisizmdə olduğu kimi tibbdə və əczaçılıqda da böyük bir nüfuza sahib idi. Tibb sahəsindəki yoluxucu xəstəliklər mövzusunda da əhəmiyyətli araşdırmalar aparardı. Tədqiqatlarının sonunda tibb ilə əlaqədar Türkcə “Maddet-ül Həyat” və ərəb dilində yazdığı ” Hall-i Müşkilât” və “Risalet-ün nuriyye” adlı əsərlərin müəllifidir. Madet – ül Həyat adlı əsərində ,xəstəliklərin insanlarda bir bir peyda olduğunu zənn etməyin yalnış fikir olduğunu, xəstəliklərin insanlara gözlə görünməyəcək qədər kiçik mikroorqanizmlər vasitəsilə keçdiyini qeyd etmişdir.
Ağşəmsəddin,əsərindəki bu cümlə ilə mikrob nəzəriyyələrindən birini irəli sürdü,və tarixdə mikroorqanizmlər haqqında danışan ilk şəxs oldu. Yalnız fiziki xəstəliklərin deyil, həm də ruhi xəstəliklərin həkimi olan Ağşəmsəddin ruhi, xəstəlikləri də müalicə edərdi.Antonie van Leeuwenhoek’in hardasa iki əsr sonra eksperiment yolu ilə kəşf etdiyi mikrobu ,Ağşəmsəddin, “Maddetü’l-Hayat” adlı əsərində qələmə almışdı yəni Antonie van Leeuwenhoek’dən öncə kəşf etmişdir.
Qida Məsələləri Üzrə Mütəxəssis / Ağa Salamov
