Avropa tarixində qidalanma vəya it əti yeyən ölkə hansıdır?
Heyvan mənşəli qidalar konteksində,Polşanın çöl ərazilərində, it əti tibbi baxımdan (Məsələn; ciyərləri gücləndirdiyi düşüncəsiylə) ən-ənəvi olaraq istehlak edilirdi.Orta və Qərbi Afrikada fillər əti yeyilmək üçün ovlanırdılar. Tayland – da cinsi istəyi gücləndirmək məqsədi ilə fil ovlayıb ətini yeyirdilər.Aclıq təhlükəsi yaşanan Somalinin qəbilələrində balıq əti yemək qadağandır (dini inanca görə).Yəhudilərdə “şirin su ilan balığı ” və “Som” balığı kimi,balıq növləri qadağandır.Bəzi Müsəlman ölkələrində isə,”Som” və “Köpəkbalığı” qadağan edilmir. Peruda,Ekvator yaylaqlarında və And dağları yaylaqlarında, siçan (Kobay siçanı)önəmli bir qida maddəsidir.

Orta əsr Avropasında kəndlilərin demək olarki dəyişməz qidası çörək ,südlü yeməklər,sulu yeməklər,mövsümi qidalar və az olaraq ətdən ibarət idi.Çay və ya dəniz kənarında yaşayanlar,ovladıqları “Balıqları ” yeyirdilər.Ən çox nəyi yetişdirirdilərsə onu yeyirdilər , Məs.qarğıdalı,lobya,buğda yetişdirilirdi.Çox ailələrdə evlərinin önündə bağçadan, Xiyar,Pomidor,Turp,Kök,Çiyələk və yumşaq meyvələrdə yemək üçün toplanırdı.Qadınlar inək südündən “Kərə yağı” və “Pendir” əldə edərdilər və əgər qidaları azadlısa heyvan kəsərək yeyərdilər.Havalar çox yağışlı yada quraqlıq keçəndə,məhsul əldə etmədiklərində,ət yeməyi üçün,sanki bir şans əldə etmiş olurdular.Qış mövsümü qidaları az olduğundan,mal – qara qışın əvvəlində kəsilir,mal əti,donuz əti duzlanır və bacada tüstülənir,donuz dili və budu marinad edilib qurudulurdu.
Yeməklərə rəng vermək üçün,məs.İspanaq suyu və yaşıl soğan ilə yaşıl rəng,Zəfəran yada Yumurta sarısı ilə sarı rəng,qara günəbaxan tumundan qırmızı rəng və ziyil otu elmi adı (Chrozophora Tinctoriya) yada pişik otu elmi adı (Heliotropium europeum) ilə bənövşəyi rəngi verilirdi.İnkişaf etmiş süfrə vərdişləri müxtəlif idi.Kənd yerlərində yeməyin içinə birbaşa əl ilə (baş barmaq və yanindakı iki barmaqla birlikdə üç barmaqla) yemək və boşqab əvəzinə ikiyə bölünmüş bir çörəyin üzərində,çörəklə birlikdə yeyilməkdə idi.Tacirlərin və yüksək təbəqənin evlərində isə Şorbalar saxsı qablara qoyularaq,iki nəfər bir saxsı qabdan yeməyi paylaşırdılar.Bütün qonaqlar eyni tuluqdan və ya eyni bardaqdan içərdilər.Zəngin evlərdə qulpu maral ayağı,aslan və ya əjdaha burnu təqlidi olan qaşıqlar istifadə olunurdu.İki dişli ilk çəngəllər,boşqabdan yemək almaq üçün istifadə olunurdu.
Ağız və əllər süfrə kənarına silinirdi.Salfet əvvəllər çiyinə qoyularaq istifadə olunurmuş,16 cı əsrdə “Dantel önlük” modası ilə salfet, boyuna bağlanmışdır.Orta əsr Avropasında aşağı təbəqənin əsas yeməyi, kələm,soğan və heyvan mənşəli yağdan ibarət olan bir növ şorba idi.Slavyanların borş şorbası,kələm,çuğundur və mal ətindən ibarət olan bir şorbadır.Orta əsrlərdə yoxsul insanlar,bəslədikləri,toyuq cücə yada meşə ərazilərində yaşayan və ovlanması qadağan olan ov heyvanlarından başqa,ət yeyə bilməzdilər.Heyvan mənşəli zülallardan uzaq bir qidalanma tarlalarda işləyə bilməyəcək,gücsüz, çəlimsiz,xəstə və zəif bir insanların ortaya çıxmasına yol açdı. 10 cu əsrdə,bitki mənşəli proteinlə zəngin paxlalılar sinfindən olan,başda yaşıl noxud,paxla,və mərci əkiminin yayılması,Avropanı böyük ölçüdə əhatə etdi.İşçi heyəti gücləndi,yaşam tərzi (həyat) genişləndi və insan sayı çoxalmağa başladı.
Qida Məsələləri Üzrə Ekspert / Ağa Salamov
