Melatonin insan orqanizmi üçün nə qədər vacibdir?
Melatonin beyinin tam mərkəzində olan epifiz bezindən,xüsusilə gecə (qaranlıqda),ifraz olunan bir hormondur.Bu hormon triptofan adlı bir amin turşusundan əldə edilir.Triptofan bədəndə sintez edilə bilməyən,kənardan alınan bir amin turşusudur və serotonin hormonunun sintezlənməsində böyük rolu vardır.

Bu hormon insan beynində (bütün məməlilərin beyinində) vücudun yuxu rejiminin düzənlənməsində də böyük rolu vardır.Bir sözlə melatonin hormonu, bioloji saat ritmini tənzimləyən bir hormondur.Melatonin ifrazı üçün qaranlıq otaqda yatmaq və elektrikə taxılı heç bir cihazın olmaması mütləqdir.Melatonin hormonu 23:00 dan 05:00 a kimi epifiz vəzinin pineolasit hüceyrələrindən ifraz olunmaqdadır. Bu hücreyrələr işığa çox həssasdır, bir işıq hiss etdiyində melatonin hormonunun ifrazının qarşısını alar.Aparılan araşdırmalar zamanı, gecə saatlarında işləyən insanlarda müəyyən xəstəliklər və xərçəng xəstəliyi riski daha yüksək olduğu açkar olunmuşdur.Gecə növbəsində işləyən qadınlarda isə döş xərçəngi riskinin yüksək olduğu da məlum olub.Melatonin hormonu immunitet sistemi və sağlam bədən üçün vacib bir hormondur. Araşdırmalar göstərir ki, melatonin bir çox xərçəng şişlərinin inkişafını azaldır və qarşısını alır.
Melatonin ilə zəngin qidalar hansılardır?
Xiyar,noxud,qaragöz lobya,quru paxlalılar, kartof,gülkələm ,göbələk, pomidor,soğan,kələm,brokoli, ispanaq,badımıcan,badam, fıstıq,qoz.alma, çiyələk, banan, bərk pendir, balıq, ət, xardal, anis,sirkə, quşçuluq, sarı rəngli qidalar da melatonin hormonunun artırır.(məsələn yumurta sarısı)
Xüsusilə albalı, beynin yuxu balansı dövrünü tənzimləməsinə imkan verən bir meyvədir. İnsan vücudu normal şəraitdə kifayət qədər melatonin hormonu istehsal edir. Ancaq bəzi ekoloji təsirlər melatoninin səviyyəsini azaldır. Bunun qarşısını almaq üçün,yatmadan 1 saat əvvəl, albalı yemək, melatonin hormon çatışmazlığını tamamlayaraq gecə yuxusuna keçidini tamamlayır.
Qida Məsələləri Üzrə Mütəxəssis / Ağa Salamov
