Yay aylarında qida zəhərlənməsi hallarınının baş vermə səbəbi nədir?
Yay aylarında daha çox zəhərlənmələr İİM-də rast gəlinir. Bəs bu zəhərlənmələrin səbəbi nədir? Müəssisələrin sahibləri hansı qaydalara əməl etməlidir ki, belə hallara az rast gəlinsin?

müəssisə sahibləri bir neçə məqamlara diqqət etməlidir:
“İctimai iaşə müəssisələri- otel, restoran, şadlıq evində mətbəxin düzgün quruluşu olmalıdır. Düzgün quruluşda soyucu sistemi nəzərə alınmalıdır. Neçə nəfərə yemək çıxacaqsa, zala görə mətbəx təyin olunmalıdır. Çox təəssüf ki, indi bəzi restoranlarda, otellərdə zala görə mətbəxlər çox kiçikdir. Bu da gətirib qida zəhərlənməsinə çıxara bilər. Çünki qidalar bir-birinin üstündə olur, onları yerləşdirmək üçün yer çatmır, soyuducularda sirkulasiya getmir və mikrobioloji çirklənmə əmələ gəlir”.
Zəhərlənmə hallarının artmasının qarşını almaq üçün ilk öncə istifadə olunan qida məhsullarının mənşəyi məlum olmalıdır və daşınmasında da sahibkarların üzərinə məsuliyyət düşür.“İstiləri nəzərə alsaq İİM-də oteldə, restoranlarda gündəlik bazar sifarişi olmalıdır. Bazar sifarişi vaxtı keçmiş, xarab olmuş məhsullar olmamalı, baş aşpaz tərəfindən yoxlanmalıdır. Eyni zamanda onların mənşəyi məlum olmalıdır. Yəni birbaşa bazarda yoxlamaq lazımdır. Çox vaxt alınan məhsulları yoxlamırlar şirələnmiş, ağırlaşmış, mikrobioliji çirklənməyə məruz qalmış əti gətirib kababını çəkib camaata verib zəhərləyirlər”.
Restoranlar ərzaq alarkən onun istehsal tarixinə və saxlanma şərtlərinə də nəzarət etməlidirlər.
“Ət məhsullarının emal prosesi soyuq, sərin otaqda aparılmalıdır. Emal prosesi iki saat ərzində bitməlidir. Riskli- ət, balıq, toyuq kimi məhsullar soyuducudan mərhələ ilə çıxarılıb, doğranılıb, yenidən soyuducuya qoyulmalıdır. Çox vaxt görürük ki, həddindən artıq çox məhsul emal olunmaq üçün otaq tempraturunda gözləyir və saatlarla da vaxt gedir. Belə olduğu təqdirdə ,saatlarla çöldə qalan riskli məhsullar artıq mikrobioloji çirklənməyə məruz qalır. Ona görə də soyuducudan etapla, növbəli şəkildə çıxararaq emal edib yenidən soyuducuya qoymaq lazımdır. Soyuducularda da dərəcələr düzgün tənzimlənməlidir və buna nəzarət sistemi yaradəlmalıdır ki,qidalar mikrobioloji çirklənməyə məruz qalmasın”.
Qida Məsələləri Üzrə Mütəxəssis / Ağa Salamov
