Göy Cismlərinin İnsan Orqanları Üzərində Fizioloji Təsirləri.
Orta əsr təbabətində,göy cisimlərinin insan orqanları üzərində Fizioloji təsirləri olduğu ilə əlaqəli astroloji baxışlar üstünlük təşkil edirdi. (Makrokosmos -Mikrokosmos) bərabərliyi.Bürclər qurşağı insanın anatomiyasını yönəldir,planetlərin daxili orqanlara hakim olduğuna inanılır və buna görə də dünyamızın peyki Ay hesab olunurdu.Bu, dənizdəki dalğa təsirinin artırdığı kimi,bədən sekresiyalarının artmasına və azalmasına da səbəb olur.Elm və mədəniyyət tarixçisi, Lynn Thorndikenin (1882 -1965) dediyinə görə Trent Piskoposu Augustinus 1340 cı ildə,bürclərin təsiri olduğuna baxaraq,xəstəliklərdən qorunma məqsədi ilə düzgün bəslənməyə istiqamət vermişdir.Buna görə də əgər insan,xüsusilə melanxolikə yol açan Saturn-un təsiri altına düşmüşsə,meyvə və çiy tərəvəzlərdən uzaq durmalı,heç bir paxlalı bitkiləri yeməməli idi.

Yeni eranın əvvəllərində həkimlər,alkaqollu içkiləri dərman kimi,məsləhət görməyə başladılar və alkaqol ilə birlikdə yeyilən ət kimi,sərt qidaların daha asan həzm olunduğunu irəli sürdülər.Təbii mineral suları və süni hazırlanmış sodalı sularda bu arada həzmi yaxşılaşdırdığına görə yayılmağa başladı.İsti ədviyyatlı qırmızı şərab,yerini şirin şərablara,hətta şampana verdi.Avropada ancaq 10 cu əsrdə əkini yayılan Paxla,Mərci,və Noxud,Şərqdə 100 illərdən bəri tanınırdı, və Paxla şərqlilərin əsas yeməyi idi.Şərq xalqları Paxlanın on iki növünü çoxaltmışdılar və hər birinə xas bişirmə üsulunu inkişaf elətdirmişdilər.Tanınmış alim Əbu bəkr Məhəmməd ibn Zəkəriyyə əl Razi -(Rhases Albubator) (864-930), Paxlanın qazını çıxartmaq üçün,qaynatdıqdan sonra ilk suyunun atılmasını məsləhət vermişdir.
Qida Məsələləri Üzrə Ekspert / Ağa Salamov
