Napoleon Bonoparte-ın aşpazı kimdir? Hazırladığı beş əsas sous hansılardır?
Marie – Antoine Careme gənc olarkən bir şirniyyatçı dükanında çalışmış,daha sonra məşhur siyasətçi Charles Maurice də Talleyrand – Perigord (1754 – 1838) tərəfindən kəşf edilmiş və Careme bir müddət sonra,Napoleon Bonaparte -nin aşpazı olmuşdur.

Yemək bişirib xidmət göstərməyi bir sənət kimi görən Careme,yeməyin keyfiyyətinə,ləzzətinə dəyər qatan sousları beş başlıq altında sinifləndirmişdir.”Espagnole” (İspan), “Tomato” (Pomidor), “Bechamel” (Beşamel, “Veloute” (Məxmər) və “Hollandaise” (Hollandiyalı).Beşamel sousunun yaradıcısı mövzusunda fərqli fikirlər irəli sürülməkdədir.Ümumi fikirə əsasən Fransa Kralı XIV.Louis’in baş xidmətçisi Nointel Markisi Louis de Bechamel (1630-1703) tərəfindən,Kök,soğan,kərəviz kimi,tərəvəzlərin südlə qarışdırılması ilə əldə edilən bir sous -dur.

Başqa arqumentlərə görə Saumur qubernatoru Plessis Marly Lordu Philippe de Mornay (1549-1623) və ya XIV. Louis’in baş aşpazı Francois Pierre de La Varenne tərəfindən inkişaf etdirilmişdir.Caremenin əsərləri arasında Le Patissier Royal Parisien (1815) , Le Patissier Pittoresque (1815), La Maitre D’hotel Francois (Paris,1822),Le Cuisinier Parisien (1828) və L’art de la Cuisine Francaise au dix – neuvieme Siecle (1833-1835) kimi əsərlərdə yer almaqdadır.
Qida Məsələləri Üzrə Mütəxəssis / Ağa Salamov
