Qida kimyasına qısa baxış
Qida kimyası ,qida maddələri olan enzimlər, su, karbohidratlar, lipidlər, zülallar, vitaminlər, minerallar və onlar arasındakı reaksiyaları əhatə edir. Eyni zamanda qidanın tərkibi, emalı və saxlamna zamanı onun tərkibində baş verən dəyişiklikləri öyrədir.

Qida və qidalanma ilə əlaqədar araşdırmaların yüz ildən artıq bir tarixə malik olduğu görülür.Liebig 1824-1852-ci illər arasında Gissendə apardığı araşdırmalarda,çoxlu sayda qida məhsulunu tədqiq etmiş və qravimetrik ölçülərlə qidalanmada əhəmiyyətli olan bəzi qida maddələrini təyin etmişdir.Qida ilə bağlı sistemli tədqiqatlara ötən əsrin sonlarında, 1875-1900-cü illərdə başlanılmışdır.
Bu dövrdə König, Voigt, Rubner kimi tədqiqatçılar əsas qidaların tərkibində olan qida maddələrini təyin etməklə yanaşı, kalorilərlə bağlı araşdırmalar apararaq, “Qida Kimyası”nın köməyi ilə qidaların xarab olma faktorlarını və arzuolunmaz xüsusiyyətlərini ortaya qoymağa çalışmışdılar. Qidalardakı mineral maddələr, vitaminlər, iz elementlər və yad maddə araşdırmaları isə qidalarla əlaqədar işlərin ikinci pilləsi olmuşdur.Patoloji, gigiyenik və toksikoloji fənlərin effektivliyi ilə, “Qida kimyası” kimi tanınan elmdən “Biokimya” elmi yaranmışdır.
Qida məsələləri üzrə mütəxəssis / Ağa Salamov
