Yay mövsümündə hansı məhsullar risklidir?
Son zamanlarda kütləvi zəhərlənmə halları yenidən gündəmə gəlib. Zəhərlənmə hallarının səbəbi isə bir sıra faktorlardan asılıdır. Bəs yay mövsümündə hansı məhsullar risklidir?
Yay aylarında istehsalyönümlü təşkilatlar daha diqqətli olmalıdır, çünki onlar insan həyatı ilə bağlı riskə gedə bilməzlər. Bildiyiniz kimi, bəzi məhsullar emal prosesindən keçir. Ən önəmlisi də emal zamanıdır. Bu proses zamanı otağın temperaturu sərin olmalıdır, müddət uzun çəkməməlidir. Ət, balıq, toyuq riskli qrupa aid olduğu üçün 2 saatdan çox emal etmək olmaz.
Bu aylarda mayonezdən, yumurtadan hazırlanan salatlardan uzaq durmaq məsləhət görülür. Qidanın saxlama şəraiti əsas şərtdir. Mütəxəssislər hər zaman bu məsələ ilə bağlı həyacan təbili çalır ki, “mənşəyi bəlli olan yerlərdən məhsul alın”. Restoran və otellər risk qrupuna aid olan məhsullarla ehtiyatlı olmalıdırlar. Düzgün şərtlər altında mühafizə edilən, mənşəyi, son istifadə tarixləri bilinən məhsullara üstünlük vermək lazımdır. Günəş altında, maşın baqajında və ya küçədə olan səyyar satışlardan qaçınmaq lazımdır”.
- Qida məsələləri üzrə mütəxəssis / Aga Salamov

